Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin açıqladığı rəqəmə görə, bu ilin 6 ayı ərzində inflyasiyanın səviyyəsi 13.5 faiz olub. Amma onun fikrincə, ilin sonuna qədər inflyasiya aşağı enəcək və 10 faizdən çox olmayacaq.
Milli Məclisin iqtisadiyyat komissiyasının sədri Səttar Səfərov deyir ki, təxminən ay yarım əvvəl prezidentin inflyasiyanın qarşısının alınmasıyla bağlı imzaladığı sərəncam artıq öz bəhrəsini verməyə başlayıb və iyun ayında qiymətlər təxminən 2 faiz aşağı enib.
İqtisadi Texnologiyalar İnstitutunun rəhbəri Vüsal Qasımov isə ilin sonunacan inflyasiyanın 10 faizi keçməyəcəyi barədə proqnozlara şübhə edir. Onun fikrincə, son aylar qiymətlərdəki enmə yay mövsümü ilə bağlıdır, adətən yayda kənd təsərrüfatı malları ucuzlaşır.
Vüsal Qasımov deyir ki, ölkəyə gələn neft dollarlarının artması və ölkə daxilində iqtisadiyyatdakı inhisarçılıq da inflyasiyanı yetərincə cilovlamağa imkan vermir.
İnflyasiya çox olanda bundan ən çox ziyana düşən pulunu banklarda manatla saxlayanlar olur. Çünki, Azərbaycanda əmanətlər üzrə orta faiz dərəcəsi 10-dur. Bu, o deməkdir ki, hətta inflyasiya 10 faiz olsa belə, əmanətçilər son nəticədə banka pul qoymaqdan heç nə qazanmayacaqlar.
İqtisadçı ekspert Orxan Kərimova görə, məhz bu səbəbdən əhali pulunu banklarda xarici valyutayla, xüsusən dollarla saxlamağa üstünlük verir. Düzdür, Azərbaycanda dolların məzənənnəsi də enir, amma Orxan Kərimov deyir ki, inflyasiya dollarla saxlanan əmanətlərə daha az təsir edir:
«Dollar hətta Azərbaycanda bir qədər qiymətdən düşsə belə, insanlar bilir ki, ölkədən kənarda onun mövqeləri kifayət qədər möhkəmdir».
İqtisadi Texnologiyalar İnstitutunun rəhbəri Vüsal Qasımov isə bildirir ki, inflyasiyanın yüksək olması ən çox kasıb təbəqəyə ziyan vurur. Çünki onlar maaşı, təqaüdü, yaxud müavinəti manatla alırlar və qiymətlərin artması onların alıcılıq qabiliyyətini aşağı salır.
Bundan başqa Vüsal Qasımovun sözlərinə görə, hər dəfə seçki ərəfəsində hökumət müəyyən təbəqələrin maaşını artırır, builki parlament seçkiləri ərəfəsində də belə olacağını güman etmək olar. Belə addımlar dövriyyədə olan pul kütləsinin artmasına, nəticədə isə inflyasiyanın sürətlənməsinə gətirib çıxarır.