Səs: Real audio
Bunlar «Azadlıq», «Yeni Siyasət» və «İslahat» bloklarıdır «Bakı-Xəbər» qəzetindəki «Azərbaycanda korrupsiyaya qarşı mübarizəni ABŞ özü aparmalı olacaq» başlıqlı məqalədə Elşad Məmmədov yazır ki, ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş çıxışlarının birində «Azərbaycanda korrupsiya ilə mübarizə haqqında ayrı-ayrı hökumət qurumlarına, həmçinin Baş Prokurorluğa məlumat veriləcək» deyib. Müəllif yazır ki, hakimiyyət Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə İdarəsi və Prezident Aparatı nəzdində Korrupsiyaya Qarşı Mübarizə Komissiyası yaratmasına baxmayaraq, bu qurumların hələlik heç bir fəaliyyəti hiss olunmur. Azərbaycanda xüsusi marağı olan ABŞ məhz buna görə korrupsiyaya qarşı mübarizəni özü aparmağa hazırlaşır. Cənab Harnişın çıxışları bunun bariz nümunəsidir.
«Xalq Cəbhəsi» qəzetindəki «Corc Buşu öldürmək istəyən şəxs həbs olunub» başlıqlı məqalədə Raifə Həsənova yazır ki, sui-qəsdçi milliyyətcə ermənidir. Məlumatlara əsasən onun həbs edilməsində ABŞ xüsusi xidmət orqanlarının nümayəndələri iştirak etməyib. Məqalədə bildirilir ki, indi bu hadisədə başqa dövlətlərin əlinin olub-olmaması versiyası da araşdırılır.
«Ayna» qəzetindəki «Exit-poll»: bumeranq, yoxsa obyektiv test» başlıqlı məqalədə Zaur yazır ki, bir sıra ekspertlər Azərbaycan şəraitində «exit-poll»un seçkinin nəticələrini obyektiv əks etdirəcəyinə şübhə ilə yanaşırlar. Məqalədə o da vurğulanır ki, səsvermənin demokratikliyini yoxlamaq üçün bu metod daha çox dünyəvi dəyərlərin inkişaf etdiyi ölkələrdə səmərə verir. Azərbaycan kimi yeni müstəqillik əldə etmiş, siyasi mədəniyyətin o qədər də inkişaf etmədiyi cəmiyyətlərdə bu, bumeranq effekti verə bilər.