Gəncə polisini QAT-ın mitinqinə mane olmaqda günahlandırdılar

Səs: Real audio
ATƏT Azərbaycanda medianın vəziyyətinə dair hesabatını yaydı Gəncədə iyulun 22-də Qarabağ Azadlıq Təşkilatının (QAT) Gəncə şöbəsi Ağdamın erməni hərbçiləri tərəfindən işğal edilməsinin ildönümüylə bağlı icazəli aksiya keçirib.



Mitinqin keçirildiyi «Spartak» stadionuna gedən küçələrdə polis yolu bağlayıb.



Müsavat partiyasının Gəncə təşkilatının sədri Cahangir Əmirxanlı deyir ki, «Azadlıq» blokunun Gəncədə iyulun 30-a planlaşdırdığı aksiya üçün də həmin stadion ayrılıb. Onun sözlərinə görə, QAT-ın aksiyasına olan münasibət göstərir ki, müxalifətin mitinqinə də təzyiq etməyə hazırlıq gedir.



Kəpəz Polis İdarəsinin rəisi Ağahüseyn Məmmədov yolun bağlanmadığını söyləyib. Nizami Polis İdarəsinin rəisi Sahib İsmayılov isə stadiona gedən avtomobil yolunun obyektiv səbəbdən bağlandığını deyib.