ABŞ səfirliyi seçiciləri «exit-poll»u dəstəkləməyə çağırır

Səs: Real audio
«Seçkilə bağlı sorğunun etibarlı nəticələr əldə etməsində vicdanlı iştirak mühüm əhəmiyyət kəsb edir» ABŞ-ın Azərbaycandakı səfirliyi seçiciləri «exit-poll»u dəstəkləməyə çağırır. Səfirliyin iyulun 25-də yaydığı məlumatda belə deyilir.



Bildirilir ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə noyabrda keçiriləcək parlament seçkisi zamanı ümummilli «exit-poll» dəstəklənəcək: «Seçkilə bağlı sorğunun etibarlı nəticələr əldə etməsində vicdanlı iştirak mühüm əhəmiyyət kəsb edir. Azərbaycan seçicilərindən xahiş olunur ki, seçki günü «exit-poll» aparan şəxslər onlara yaxınlaşdıqda anonim sorğu vərəqlərini doldursunlar».



Səfirlik hesab edir ki, bununla seçicilər ölkənin seçki üzrə beynəlxalq standartlara cavab verməsinə və dinamik demokratiyaya nail olmasına yardım etmiş olarlar.