«YeS» Ayaz Mütəllibovu deputat görmək istəyir

Səs: Real audio
Rəsul Quliyev Xətai, Əli Kərimli Suraxanı, İsa Qəmbər isə Nərimanov rayonundan namizədliyini irəli sürəcək «Yeni Siyasət» seçki blokunun namizədlər siyahısı bu həftə ictimaiyyətə açıqlanacaq. Blok mühacirətdə yaşayan eks-prezident Ayaz Mütəllibovu da siyahıya daxil edib.



Artıq hakim Yeni Azərbaycan Partiyasının da namizədlər siyahısı hazırdır. Partiyanın İcra Katibinin müavini Mübariz Qrubanlı yaxın 10 gün ərzində bunun açıqlanacağını deyir.