Səs: Real audio
Birləşmiş Ştatlar bu təcridxanalardan beynəlxalq terrorçuluqda ittiham etdiyi şəxsləri saxlamaq üçün istifadə edir "Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirli avqustun 4-də MTN və Baş Prokurorluq tərəfindən şübhəli şəxs qismində saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 278-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun məlumatında iddia olunur ki, Ruslan Bəşirli Gürcüstanda Ermənistan xüsusi xidmət orqanı nümayəndələrindən pul alaraq məxfi işbirliyinə cəlb olunub.
"Yeni Fikir" Gənclər Təşkilatının sədr müavini Fikrət Fərəməzoğlu deyir ki, Ruslan Bəşirlinin həmin görüş zamanı ermənilərlə söhbət etməsindən xəbəri olmayıb. O, bunu cənab Bəşirlinin rus dilini bilməməsi ilə izah etdi. Qurumun üzvləri sədrlərinin pul almasında qəbahətli bir iş olmadığını vurğuladılar. Çünki, onların dediyinə görə, QHT olaraq "Yeni Fikir" rəhbərinin bu hərəkətində cinayət tərkibi yoxdur.
Fikrət Fərəməzoğlu telekanallarda yayılan videolentin əldə edilməsində qaranlıq məqamların da olduğunu bildirdi. O, həmçinin Ruslan Bəşirlinin Hüquqlarını Müdafiə Komitəsi yaradıldığını elan etdi.
Ruslan Bəşirlinin vəkili Elçin Qənbərovsa onunla əlaqə saxlaya bilmədiyini dedi. Onun sözlərinə görə, Ruslan Bəşirlinin harda saxlanması, ona fiziki təzyiq göstərilib-göstərilməməsi barədə məlumat yoxdur.
Baş Prokurorluğun avqustun 4-də yaydığı məlumatda Ruslan Bəşirlinin təşkilatın digər üzvü Osman Əlimuradovun ərizəsinə əsasən saxlandığı bildirilir.
Məlumata görə, iyulun 28-29-da Ruslan Bəşirli və Osman Əlimuradov AXCP sədri Əli Kərimlinin tapşırığı ilə Tbilisiyə səfər etmiş və burada özlərini Gürcüstan demokratik qüvvələrinin nümayəndələri kimi təqdim edən Merabi Cibutiya və əslində, Ermənistan xüsusi xidmət orqanlarının işçiləri olan Georgi İspryan və Vardan adlı şəxslərlə görüşmüşlər.
Məlumatda Ruslan Bəşirlinin Georgi İspryanla əməkdaşlıq etmək barədə razılaşdığı, Osman Əlimuradovun isə bundan imtina etdiyi bildirilir.
AXCP sədri Əli Kərimli «Yeni Fikir» rəhbərinə psixotrop maddələrin verildiyini istisna etmir. O, Ruslan Bəşirlinin videolentdə dediklərinin təəssüf doğurduğunu və onun mənəvi məsuliyyətini yaratdığını deyir.
Cənab Kərimli insidentin hüquq-mühafizə orqanları tərəfindən təşkil olunduğunu və əsl hədəfin rəhbərlik etdiyi partiya və özü olduğunu dedi.
Hakim Yeni Azərbaycan partiyasının icra katibi Əli Əhmədovsa deyir ki, hakim partiya dəfələrlə siyasi partiyaların xaricdən qanunsuz maliyyələşməsi məsələsini gündəmə gətirməyə çalışıb, avqustun 4-də yayılan məlumat isə bunu sübut edən və üstü açılan faktlardan biridir.
Cümə günü, avqustun 5-də günorta saat 2 radələrində bir neçə nəfər gənc AXCP qərargahına yumurta və pomidor ataraq nömrəsiz avtomobillə hadisə yerindən uzaqlaşıblar.