Bakı Ofisi ATƏT müşahidəçilərinin gəlişinə hazırlaşır

Səs: Real audio
ATƏT-in Bakı Ofisinin rəhbəri Maurissio Pavesi yenə təəssüf edir ATƏT-in Bakı Ofisi uzunmüddətli müşahidəçilərin gəlişinə hazırlıq görür. Qurumun əməkdaşı Ülvi Axundlu deyir ki, onlar bu məqsədlə vaxtaşırı bölgələrdə olur, aksiyalarda iştirak edir, partiya və təşkilatlarla danışıqlar aparır, mətbuatı və televiziyanı izləyirlər: «Toplanmış bütün məlumatlar müşahidə missiyasına təhvil veriləcək».



Ofisdən verilən məlumata görə, missiyanın tərkibində mediadakı qarayaxma kampaniyasını izləyəcək ayrıca departament də fəaliyyət göstərəcək.



ATƏT-in Bakı Ofisinin rəhbəri Maurissio Pavesi isə deyir ki, missiya Bakıya sentyabrda gələcək: «İqtidar və müxalifət partiyalarının seminarını da həmin vaxt keçirəcəyik. Görüşdə qarayaxma kampaniyası da gündəmə gətiriləcək».