Redaktorlar "Azadlıq" qəzetinə məxsus binanın tutulacağından narahatdırlar

Səs: Real audio
Merabi Cibutianın qeyri-hökumət təşkilatına rəhbərlik etməsi də təkzib edildi "Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin həbsi ətrafında yaranan anlaşılmazlıqdan istifadə edən qüvvələr əsas tənqid hədəfi olan AXCP-nin də yerləşdiyi "Azadlıq" qəzetinin redaksiyasının önündə icazəsiz aksiyalar keçirir.



Bu fikir redaksiyanın həmin qüvvələr tərəfindən tutulacağı ilə bağlı yayılan məlumatlardan narahatlığını bildirən Redaktorlar Birliyinin beynəlxalq təşkilatlara və dövlətlərə ünvanladığı müraciətdə əksini tapıb.



Müəlliflər avqustun 6-sı və 8-də keçirilmiş belə aksiyalarda hakimiyyətin tərəfdarları və əleyhdarları arasında toqquşmalar olduğunu qeyd edirlər. Müəlliflər həmçinin binanın zəbt olunması və dağıdılması ilə bağlı informasiyalardan narahatlıq keçirdiklərini bildirirlər.



Müraciətdə beynəlxalq təşkilatlardan və dövlətlərdən öz nüfuzlarından istifadə edərək Azərbaycan hakimiyyətini söz və mətbuat azadlığını təmin etməyə, cəmiyyətdə gərginliyin artmasına son qoymağa çağırmaları xahiş olunur.



Müraciəti "Azadlıq", ""Zerkalo", "Gün-səhər", "Novoye vremya", "Bizim Yol" qəzetləri, "Turan" informasiya agentliyi, Jurnalistlərin Həmkarlar İttifaqı və Demakratik Jurnalistlər Liqası imzalayıb.