İTV ölkənin 65 faizini əhatə edəcək

Səs: Real audio
İsmayıl Ömərov seçkidən sonra kanalın əsasən əyləncəli verilişlərə üstünlük verəcəyini bildirir İctimai Televiziya (İTV) 10-15 gün sonra efirə çıxanda müxalifət partiyalarının rəhbərləri və üzvləri də verilişlərə dəvət olunacaqlar. Bunu İTV-nin rəhbəri İsmayıl Ömərov deyir. Onun sözlərinə görə, ilk aylarda kanalın yayımı ölkənin 65 faizini əhatə edəcək. Naxçıvan, Qarabağ, Qərb regionu, Şəki-Zaqatala bölgəsi, Sumqayıt - Dəvəçi arasındakı bölgədə telekanala baxmaq mümkün olmayacaq.



Cənab Ömərov deyir ki, bölgələrdə kanal üçün 14 kiçik studiya işləyəcək və artıq bunun üçün binalar alınıb: «Artıq verilişlərin adları da müəyyənləşdirilib. Xəbərlər – «Carçı», səhər verilişi –«Yeni gün», siyasi -analitik veriliş –«Gerçəyin özü», seçkilə bağlı veriliş isə – «Xalq seçir» olacaq».



O, seçkidən sonra İTV-nin əsasən əyləncə kanalına çevriləcəyini deyir.

Kanalın verilişləri ilk vaxtlar səhər saat 8-dən axşam saat 1 –dək yayımlanacaq.