Sel basmış kəndlərin yollarını bərpa etmək üçün texnika çatışmır

Səs: Real audio
Sərdar Cəlaloğlu: «Cinayətkarı müxalifətdə yox, hakimiyyətdə axtarmaq lazımdır» Qusarın sel basmış doqquz dağ kəndinin rayon mərkəzi ilə əlaqəsi iki gündən sonra bərpa ediləcək. Qusar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Alik Balamətov belə deyir. Onun bildirdiyinə görə, sel sularının hücumuna məruz qalmış kəndlərin yollarını bərpa etmək üçün texnika çatışmır: «Bununla əlaqədar qonşu rayonlara müraciət edilib. Texnika gətiriləndən sonra dağılmış yolların bərpasına başlanılacaq».



Avqustun 13-də axşam saatlarında Qusara güclü leysan yağışı yağıb. Bunun ardınca dağ kəndləri - Əniği, Zindanmoruğu, Ləzəni, Cağarı, Kuzunu və digər yaşayış məntəqələrini sel basıb. Təbii fəlakət nəticəsində adıçəkilən kəndlərin Qusar şəhəri ilə əlaqəsi kəsilib. Sel suları kəndarası yollara, əkin sahələrinə ciddi ziyan vurub. Kuzun və Zindan kəndlərinə gedən yollarda torpaq sürüşməsi baş verib. Güclü sel Bakı -Rostov yolunun asfaltını yuyub. İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində dağ kəndlərinə iki milyard manata yaxın ziyan dəyib. Lakin Qusar rayon İcra Hakimiyyətində bu xəbəri təsdiqləmirlər. Rayon rəsmilərinin bildirdiyinə görə, təbii fəlakət zonasında Fövqəladə Hallar Komissiyasının üzvləri araşdırmaları başa çatdırdıqdan sonra dəymiş ziyan barədə rəsmi açıqlama veriləcək.