Səs: Real audio
Asim Mollazadə: «Hazırda bu işlə Avropa Şurasının Aparatı məşgul olur» Belarus iqtidarı Avropa Şurasının (AŞ) məruzəçilərini ölkəyə buraxmır. Bunu AŞ-ın Belarus üzrə Azərbaycanlı məruzəçisi Asim Mollazadə bildirir.
Cənab Mollazadə deyir ki, ATƏT və Avropa Birliyinin məruzəçilərinə də Belarusda vəziyyəti öyrənmək nəsib olmur: «Hazırda mənim məruzəçi qismində Belarusa səfərimlə Avropa Şurasının Aparatı məşgul olur».
Belarusun Xarici İslər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ruslan Yesin isə rəsmi Minskin adıçəkilən təşkilatlarla həmişə dialoqa hazır olduğunu deyir: «Bir şərtlə ki, bu qurumların məruzələrində bizim də mövqeyimiz nəzərə alınsın».
Asim Mollazadənin məlumatına görə, AŞ, ATƏT və BMT-nin Belorusdaki ictimai-siyasi vəziyyətin muzakirəsinə həsr olunmuş toplantısı bu il sentyabrın sonlarında Litvanin paytaxtı Vilnyus şəhərində keçiriləcək.