Ölülər seçkilərə çağırılır

Səs: Real audio
Blokun Lənkəran təşkilatları isə aksiya keçirməkdə israrlıdırlar "Seçki Qatarı"nda:



- "Dünyasını dəyişənlər niyə seçkiyə çağırılır" sualına cavab arayacaq;



- Şamaxının seçkiqabağı durumuyla tanış olacaq;



- Vətəndaşın səsverməylə bağlı fikirlərini eşidəcək;



- Və "exit-poll" – seçki günü səsvermə məntəqələrinin çıxışında aparılan müstəqil sorğu – texnologiyasının tarixini biləcəcəksiz.



DÜNYASINI DƏYİŞƏNLƏR NİYƏ SEÇKİYƏ ÇAĞIRILIR?



Rahib Əlyarzadənin atası 8 il bundan əvvəl vəfat edib. Bu illər ərzində keçirilən seçkilərdə onun atasının adına hər dəfə bildiriş vərəqəsi gəlir.



Xalq Cəbhəsi partiyasının sədr müavini Həsən Kərimov deyir ki, ötən prezident seçkisində hakimiyyət bilərəkdən vəfat etmiş adamların adlarını siyahıdan çıxarmayıb.



Seçici siyahılarını məntəqə seçki komissiyaları tərtib edirlər. Bu zaman hərbi hissə komandirləri, mənzil istismar sahələri və Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi (VVAQ) şöbələrinin məlumatından istifadə olunur.



Mərkəzi Seçki Komissiyası hüquq şöbəsinin müdiri İradə Hacıyevə deyir ki, siyahı MSK-ya daxil olduqdan sonra onu ancaq vətəndaşın şikayəti əsasında dəqiqləşdirmək mümkündür. Yəni, MSK-da siyahının araşdırılması ilə heç kəs məşğul olmur.



Qanunla vəfat etmiş adamın ailəsi VVAQ şöbəsinə bu haqda xəbər verməli, ölüm haqqında şəhadətnamə almalıdır. Bununla o, hər yerdə qeydiyyatdan çıxarılır.



AXCP sədrinin müavini Həsən Kərimov hesab edir ki, vəfat etmiş şəxslərin seçkilərə çağırılması hallarının qarşısını almaq üçün məntəqə seçki komissiyaları siyahını özləri dəqiqləşdirməlidirlər.



Ədliyyə Nazirliyinin məlumatına görə, ötən prezident seçkisindən indiyə qədər seçki hüququ olan təqribən 78 min nəfər dünyasını dəyişib. Bu adamlara seçici vəsiqəsi gəlsə, məntəqəyə müraciət edib seçkiyə 35 gün qalmışa qədər onların adını siyahıdan çıxarmaq olar.



ŞAMAXI ƏHLİ DEPUTATLARINDAN NARAZIDIR



Cavanlığında traktor ustası işləyən 75 yaşlı Rəsul dayı indi Şamaxıdakı dolanışığından o qədər razı deyil...



Rəsul dayının yaşadığı küçə ilə gedirik... Səkidə, toz-torpağın içində, meyvə yeşiyinin üsündə köhnə məişət əşyaları satan kişi diqqətimizi çəkdi. Söhbət əsnasında məlum oldu ki, 35 yaşlı Elxan ali təhsillidir. Lakin, Şamaxıda özünə iş tapa bilmədiyindən burda köhnə əşyalarını satır...



Küçədə onunla yanaşı Durna xala da əyləşib... Dediyinə görə, bircə inəyindən sağdığı südü küçədə satmaqla məşğuldur. Amma, o, bundan daha böyük problemi – Şamaxı rəhbərliyinin Qarabağ əlili olan oğluna diqqət göstərmədiyindən gileylidir.



Bizi yol boyu müşayiət edən taksi sürücüsü Heybətin sözlərinə görə, Şamaxıda işsizliklə bərabər həm də su problemi var. O deyir ki, buranın içməli suyu natəmizdir.



İsti yay günlərində əhalinin bir qismi özünü çayxanalara verir. Şamaxıda parkın içində salınmış çayxanadayıq. Burda dostlarıyla nərd oynayan Sabir dayı gününün böyük hissəsini çayxanalarda keçirir. O deyir ki, dolanışıq çətindir, amma, kommunal xərclər çox olmasa, birtəhər dolanmaq olar.



Yeni Azərbaycan partiyası Şamaxı təşkilatının sədri Bəxtiyar Abbasov rayonda işsizliyin olduğunu etiraf etsə də, deyir ki, əhalinin həyatının yaxşılaşması üçün bir sıra yeni iş yerlərinin açılması nəzədə tutulub.



Şamaxıda rəyini soruşduğumuz şəhər sakinlərinin əksəriyyəti seçdikləri millət vəkillərindən narazı olduqlarını gizlətmədilər.



Müsavat partiyası Şamaxı rayon təşkilatının sədri İntiqam Zeynalov əhalinin seçkilərə inamsızlığın