Seçki bloku hücuma məruz qaldığını bildirir

Səs: Real audio
Ona yeni siyasi məhus siyahısı təqdim olunub Avqustun 22-də «Vətəndaş Cəmiyyəti Qurucuları» seçki blokunun Seçki Qərargahının rəhbəri Yaşar Cəfərliyə hücum edilib.



Bu haqda blokun yaydığı bəyanatda deyilir ki, üç nəfər naməlum şəxs cənab Cəfərliyə bədən xəsarəti yetiriblər: «Huşunu itirmiş Yaşar Cəfərli ayıldıqda qərargahdakı kompyuter, stol-stul və başqa avadanlıqların yararsız hala salındığını görüb».



Blok Daxili İşlər, Milli Təhlükəsizlik nazirləri, Baş prokuror, beynəlxalq təşkilat və səfirliklərə müraciət edərək, baş verənlərin diqqətdə saxlamasını, Yaşar Cəfərliyə hücum edənlərin tapılmasını tələb edir.



Faktla bağlı Yasamal rayon 27-ci Polis Bölməsi təhqiqat aparır.



«Vətəndaş Cəmiyyəti Qurucuları» bloku Milli Demokrat, Azərbaycan Fədailəri, Liberal Demokrat və Azad Azərbaycan partiyaları və 16 qeyri-hökumət təşkilatı tərəfindən yaradılıb.