Azərbaycan güləşçisi Taleh İsrafilov dünya çempionu adını qazanıb

Səs: Real audio
Mir Əsgər Hüseyn: «Yaxşı tələbələriniz olmasını istəyirsinizsə, yüksək səviyyəli müəllimləriniz olmalıdır» - Polşada yunan-Roma güləşi üzrə 13-cü beynəlxalq turnir sona çatıb. Turnirdə 20-dən artıq ölkənin 200-ə yaxın idmançısı 7 çəki dərəcəsində mübarizə aparıb. Əvvəlcədən planlaşdırılsa da, Afina Olimpiadasının çempionu Fərid Mansurov zədəyə görə yarışa qatıla bilməyib. Turnirdə iştirak edən üç Azərbaycan güləşçisindən biri bürünc medal qazanıb.



- Litvanın paytaxtı Vilnüs şəhərində isə hərbçilər arasında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə dünya çempionatı başa çatıb. Azərbaycanı təmsil edən 8 idmançıdan 2-si mükafatçılar sırasına düşüb. Güləş Federasiyasının baş katibi Mətləb Abdullayev:



«Polşada Vitali Rəhimov bürünc medal qazandı. Vilnüs turnirində isə 60 kq çəki dərəcəsində mübarizə aparan Taleh İsrafilov yunan-Roma güləşi üzrə bütün rəqiblərini məğlub edərək dünya çempionu adını qazanıb. Sərbəst güləşçilərdən Əsgərxan Novruzov (55 kq) isə çempionatın bürünc medalına sahib olub. Qarşıda bizi dünya çempionatı gözləyir. Güləşçilər hazırda həmin çempionata hazırlaşır».



- Futbol üzrə Azərbaycan çempionatında 2-ci turun oyunlarından sonra "Turan" və "Bakı" komandaları bir-ikinci yerləri bölüşürlər. Çempionatın növbəti oyunları avqustun 27-28-də keçiriləcək.



- Birləşmiş Ərəb Əmirliklərində keçirilən şahmat festivalı sona çatmaqdadır. Baş məşqçi Fikrət Sideifzadə Şəhriyar Məmmədyarov, Eltac Səfərli və Afaq Xudaverdiyevanın şansını yüksək qiymətləndirir.



Avqustun 23-də gecə sonuncu turun oyunları keçiriləcək.



- Avqustun 23-də Münhendə qadınlar arasında güllə atıcılığı üzrə Dünya kubokunun final mərhələsinin startı veriləcək. Turnirdə 8 idmançı yarışacaq. Azərbaycan atıcısı İradə Aşumova isə ilkin mərhələ yarışlarında uğursuz çıxış etdiyindən iştirakçılar sırasına düşə bilməyib.