2050-ci ildə Azərbaycan əhalisi 11 milyondan çox olacaq

Səs: Real audio
İnsan təlafatı yoxdur 2050-ci ildə Azərbaycan əhalisinin sayı 11 milyon nəfərdən artıq olacaq. Belə bir proqnozu ABŞ-ın Population Reference Bureau ictimai tədqiqatlar təşkilatı irəli sürüb.



Qurumun mütəxəssisləri hesab edirlər ki, Ermənistanda bu müddət ərzində əhalinin sayı 3,3, Qırğızıstanda 8, 3, Tacikstanda 10, 9, Türkmənistanda 7, 4, Özbəkistanda isə 38, 4 milyon nəfərə çatacaq. Ukrayna, Belorus, Gürcüstan və Moldovanın əhalisinin sayında azalma olacaq, Qazaxıstan əhalsinin sayı isə sabit qalacaq.



Mütəxəssislərin qənaətinə görə, MDB-də əhalinin yaşına görə ən cavan ölkə Tacikstan hesab olunur. Belə ki, burada əhalinin 40 fazini 15 yaşına çatmamış şəxslər təşkil edir. Əhalisinin yaşlı olduğu ölkə isə Ukraynadır.



Kişilər arasında ən yüksək orta yaş həddi Azərbaycanda müşahildə edilir - 70 yaş. Qadınlar arasında isə uzunömürlülük Azərbaycan, Ermənistan, Gürcüstan və Belorusda müşahidə olunur - 75 yaş.