Dağlıq Qarabağla bağlı referendum keçirilə bilər

Səs: Real audio
Rusiyanın "Regnum" agentliyi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun belə bir bəyanatla çıxış etdiyini bildirir «Danışıqlar nəticə versə, Dağlıq Qarabağla bağlı referendum keçirilə bilər». "Regnum" agentliyinin məlumatına görə, belə bir bəyanatla Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov çıxış edib. Nazir bildirib ki, referendumun necə aparılacağı başqa bir müzakirənin mövzusudur.



Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə hesab edir ki, söhbət yalnız Qarabağda deyil, Azərbaycanın bütün ərazisində keçiriləcək ümumxalq referendumundan gedir.



Avqustun 24-də Moskvada Xarici İşlər nazirləri Vardan Oskanyan və Elmar Məmmədyarov görüşüb. Kazanın 1000 illiyinə həsr olunan tədbirlər çərçivəsində Ermənistan və Azərbaycan prezidentlərinin nazirlərin hazırladığı təkliflər üzrə müzakirələr aparacağı gözlənilir.