Daha 40 Qarabağ əlilinə «Oka» verilib

Səs: Real audio
Artıq iddia ərizəsi hazırdır Avqustun 26-da Qarabağ əlillərinə Gəncə Avtomobil Zavodunun istehsal etdiyi daha 40 «Oka» markalı maşın verilib. Bundan üç gün əvvəl isə 30 Qarabağ qazisi maşın almışdı.



Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Tahir Budaqovun sözlərinə görə, indiyədək 1510 Qarabağ əlilinə maşın verilib, 1000-ə yaxın adamsa hələ də növbədədir.



Tahir Budaqov deyir ki, gələn ilin dövlət büdcəsi daha çox Qarabağ əlilinə maşın verilməsinə imkan yaradacaq.