İTV efirə çıxdı

Səs: Real audio
Elçin Behbudov: «İşgəncələr sırasında ayaqların altına dəyənəklə vurma, ayaqdan asma, başa əleyhqaz keçirilməsi, bədənə elektrik cərəyanı buraxılması və s. üstünlük təşkil edir» Avqustun 29-da İctimai Televiziyanın (İTV) efirə çıxması münasibətilə açılış mərasimi keçirildi. Tədbirdə prezident İlham Əliyev, Milli Məclisin sədri Murtuz Ələsgərov və başqa dövlət rəsmiləri iştirak edirdi.



Mərasimdə çıxış edən İTV-nin baş direktoru İsmayıl Ömərov «çalışacağık ki, qərəzsiz və neytral televiziya olaq» söylədi. O, kanalın malik olduğu texniki avadanlığın da buna imkan verdiyini bildirdi.



Prezident İlham Əliyev isə İTV əməkdaşlarını efirə çıxmaq münasibətilə təbrik etdi. O, ölkədə həqiqətən də müstəqil mətbuata böyük ehtiyac olduğunu və İTV-nin bu boşluğu aradan qaldıracağını söylədi.



İTV yaratmaq Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biridir.