Səs: Real audio
52 yaşlı Məzahir Əliyev ov tüfəngi ilə yaşadığı mənzildə özünə qəsd edib Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət Axtarış İdarəsi Açılmamış Cinayətlərin Təhqiqatı Şöbəsinin rəisi, polkovnik Məzahir Əliyev avqustun 31-i səhər intihar edib.
Nərimanov Rayon Polis İdarəsinin (NRPİ) məlumatına görə, 52 yaşlı M.Əliyev ov tüfəngi ilə yaşadığı mənzildə özünə qəsd edib. Hadisə yerinə gələn DİN və Baş Prokurorluğun nümayəndələri istintaqın başlandığını bildirərək hadisə ilə bağlı hər hansı məlumat verməyiblər.
NRPİ 16-cı Polis Bölməsinin rəis əvəzi Əkbər İsmayılov jurnalistlərə deyib ki, mərhum ölümündən əvvəl məktub yazıb və hazırda həmin məktub M.Əliyevin xanımındadır: «Ailə üzvlərinin dediyinə görə, mərhum yorulduğunu, bezdiyini yazıb. Hər halda istintaq intiharın motivlərini araşdıracaq».
Yerli telekanalların məlumatına görə isə M.Əliyevin xanımı məktubu yalnızı Daxili İşlər nazirinə verə biləcəyini deyib.
Polkovnik Məzahir Əliyev əvvəllər Balakən Rayon Polis İdarəsinə rəhbərlik edib. Onun iki ay bundan əvvəl DİN-ə şöbə rəisi təyin olunduğu bildirilir.