Səs: Real audio
52 yaşlı Məzahir Əliyev ov tüfəngi ilə yaşadığı mənzildə özünə qəsd edib Bakı büromuzun qonaqları bu dəfə hüquqşünaslardır – Bəhruz Kərimov və Rəşad Allahverdiyev.
Bəhruz Kərimov: "Seçim hüquqlarının tam təmin olunmasından danışmaq düzgün olmazdı. Çünki, statistikaya görə, bu gün Azəbaycanda 1 milyona yaxın seçinin şəxsiyyət vəsiqəsi ilə təmin olunmaması onların seçim hüququnun məhdudlaşdırılması deməkdir... Problem aradan qaldırıla bilər.
Ancaq seçim hüququnun məhdudlaşdırılmasında digər məsələlər də özünü göstərir. Bu, vətəndaşların kütləvi tədbirlərdə iştirakıdır... Vətəndaşların mitinqlərdə iştirakına qadağalar qoyulur, onlara hədə-qorxu gəlinir. Rayonlardan, əyalətlərdən gələn vətəndaşların qarşısını alırlar və şəhərə buraxmırlar".
Rəşad Allahverdiyev: "Mən özüm Ağstafa rayonundan gəlmişəm. Demək olar ki, seçki kampaniyasıyla əlaqədar bütün kəndlərdə oldum. Orada imza toplamaq üçün 15-20 ailəyə getsən, bir-iki şəxsiyyət vəsiqəsi çıxar. Mən mətbuatdan izlədim ki, respublika üzrə 1 milyon seçicinin şəxsiyyət vəsiqəsi yoxdur. Amma öz şəxsi müşahidələrimə görə, bir milyon yox, bəlkə daha çoxdur. Ağstafa əhalisinin 20 faizində şəxsiyyət vəsiqəsi ya ola, ya olmaya".
Daha ətraflı Audio hissədə