“Kompüter bilikləri günləri”

Səs: Real audio
Sıravi əməkdaşlar ən azı 350, zabit heyəti isə 400 -700 dollar əməkhaqqı alacaq Sentyabrın 6-dan başlayaraq "İntel" təşkilatı “Kompüter bilikləri günləri” keçirir.



MDB-nin 25 şəhərində, o cümlədən Bakıda tələbələr və ali məktəb müəllimləri arasında qabaqcıl kompüter texnologiyaları təbliğ olunacaq. Bu məqsədlə yeni növ kompüterlərin sərgisi təşkil olunacaq. Tələbələrin kompüter avadanlıqlarını ala bilməsi üçün kreditlər də elan olunacaq. Bundan başqa, simsiz texnologiyalara dair seminarların keçirilməsi də nəzərdə tutulub.



“Kompüter bilikləri günləri”nin startı Odessa şəhərində veriləcək. Təşkilatçılar Bakıya dekabr ayında gəlməyi planlaşdırıb.



“Kompüter bilikləri günləri” MDB məkanında artıq 3-cü dəfədir ki keçirilir. Ötən iki il ərzində bu tədbirə 365 mindən artıq tələbə və ali məktəb müəllimi qatılıb. Bu il isə ən azı 125 min nəfərin tədbirdə iştirakı gözlənilir.