Allahşükür Paşazadə İslam Şurasının toplantısına qatılacaq

Səs: Real audio
Namiq Feyziyev başında və mədəsində ağrılar hiss edir Sentyabrın 5-dən 9-dək İstanbulda Avrasiya İslam Şurasının altıncı toplantısı keçiriləcək.



Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti iştirak edəcək. Toplantıda Avrasiya İslam Şurasının gələcək fəaliyyət istiqamətləri müəyyən ediləcək.



Bunu "Azadlıq" radiosuna Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Hacı Akif deyib. Onun bildirdiyinə görə, Azərbaycanın nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni qaldıracaq.



Sentyabrın 5-dən 11-nə kimi isə Tatarıstanın paytaxtı Kazanda "Qızıl Minbər" adlı Beynəlxalq İslam Kinofestivalı keçiriləcək. Festivalda Azərbaycan istehsalı olan "Ovsunçu", "Arxada qalmış gələcək", "Səma şairi", "Haray" filmləri və "Qızıl" cizgi filmi göstəriləcək.