Səs: Real audio
Fuad Ələsgərov: «Çox güman ki, hakimlərin sayını artırmalı olacağıq» Rusiyanın Anapa şəhərində keçiriləcək XIV Beynəlxalq “Kinoşok” Festivalında azərbaycanlı gənc rejissor Günel Nəcəfzadə də iştirak edəcək.
MDB və Baltikyanı ölkə kinematoqraflarının qatılacağı bu festivalın startı sentyabrın 11-də veriləcək.
21 yaşlı Günel festivalda 23 dəqiqəlik “Pillələr” sənədli filmi ilə çıxış edəcək. O, bu filmlə “Sənədli filmlər” nominasiyası üzrə müsabiqədə birincilik uğrunda mübarizə aparacaq. Ssenarisi də rejissora məxsus olan “Pillələr” filmində gənc balerinadan danışılır.
- “Pillələr” filminin rejissoru və ssenaristi mən özüməm. Film peşəkar balerinanın onu səhnəyə aparan zəhmət və əzablarla dolu yolu haqqındadır. O, pillə-pillə balet sənətinin zirvələrinə doğru addımlayır.
Günel Nəcəfzadə bu filmlə ilk dəfədir ki, beynəlxalq festivalda iştirak edir. Bundan əvvəl isə o, BMT-nin keçirdiyi müsabiqədə fəxri fərmana layiq görülüb.
- 2003-cü ildə BMT-nin UNICEF fondu və Azərbaycan Təhsil Nazirliyi ilə birgə “Sülh və gənclik” mövzusunda keçirdiyi müsabiqədə 1 dəqiqəlik roliklə çıxış etmişəm və fəxri fərmanla təltif olunmuşam.