Ali məktəblərdə pulsuz simsiz İnternet xidməti

Səs: Real audio
Prezident İlham Əliyev 2006-cı ildə dövlət büdcəsinin ən azı 3 milyard 500 milyon dollar olacağını bildirir - Əli-Bayramlı Elektrik Stansiyasının bir enerji bloku dayandırıldı. Məqsəd blokda əsaslı təmir işləri aparmaq və bütün stansiyanın gücünü təxminən 930 meqavata çatdırmaqdır.



Hazırda stansiya ölkədə istehsal olunan elektrik enerjisinin 30-33 faizini verir.



- Azərbaycanın ali dövlət məktəblərində simsiz İnternet xidməti təşkil olunur. Artıq Bakı Dövlət və Dövlət İqtisad universitetlərində bu iş tamamlanıb.



Ali məktəblərin simsiz İnternet xidmətinə qoşulması bu ilin sonunadək başa çatdırılacaq.



- Dövlət Neft Şirkəti [ARDNŞ] “Yalama” yatağındakı D-222 blokunda 2-ci quyunun qazılmasını istəyir. Bu ilin iyununda ilk quyunu qazdıqdan sonra "Lukoil" şirkəti yataqda neftin olmadığını bildirib. Azərbaycanla bağlanan müqaviləyə görə, şirkət 2-ci quyunu qazmaqdan imtina edərsə, kompensasiya ödəməli olacaq.



ARDNŞ-dən verilən məlumata görə, hazırda ikinci quyunun qazılması haqda danışıqlar davam edir. Bağlanan müqaviləyə əsasən, "Yalama" yatağından çıxa biləcək neftin 80 faizi "Lukoil"a, 20 faizi isə Dövlət Neft Şirkətinə məxsusdur.



- Milli Bankın məlumatına görə, 1 dollar 4 595, 1 rubl 162, 1 avro isə 5 712 manatdır.