Səs: Real audio
Bir qrup şəxs partiyadakı narıncı çadırı söküb, apardı Sentyabrın 8-i səhər saatlarında Azərbaycan Demokrat Partiyasının (ADP) mənzil-qərargahına hücum olunub. Bu haqda partiyadan yayılan məlumatda deyilir. ADP-nin Mətbuat katibi Nurəddin İsmayılov deyir ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları olduğu ehtimal edilən beş polis və on nəfərə yaxın mülki şəxs partiyanın qərargahına daxil olub. Onlar qərargahın ikinci mərtəbəsinin qapısını sındıraraq eyvanda qurulan narıncı çadırı söküb aparıblar: «Onlar həmçinin maliyyə-təssərrüfat şöbəsinin otağındakı masa və kresloları qırıb, partiyanın arxivində axtarış aparıblar. Bir video kamera, xalça və 50-yə yaxın narıncı köynəyi də götürüblər». Cənab İsmayılov deyir ki, partiyaya beş min dollar məbləğində ziyan dəyib.
Nurəddin İsmayılov ADP qərargahında «Azadlıq» seçki blokunun Vahid Seçki Qərargahı yerləşdiyindən baş vermiş hadisəni həmçinin bloka qarşı təzyiq kimi qiymətləndirir. Mətbuat katibi hadisə ilə bağlı hüquq- mühafizə orqanları və Azərbaycandakı beynəlxalq təşkilatlara müraciət etdiklərini deyir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, Nərimanov Rayon 18-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirib, araşdırmaya başlayıblar.