Sentyabrın 10-da MSK-da pulsuz efirlə bağlı püşkatma olacaq

Səs: Real audio
«Yalnız xalqın dəstəyini qazanan hakimiyyət həll variantını əhaliyə qəbul etdirə bilər» Sentyabrın 10-da dövlət televiziya və radiolarında deputatlığa namizədlərə pulsuz efir vaxtının ayrılması üçün Mərkəzi Seçki Komissiyasında (MSK) püşkatma keçiriləcək. Püşkatmada Yeni Azərbaycan və Liberal partiyaları, «Azadlıq» və «Yeni Siyasət» seçki bloklarının nümayəndələri iştirak edəcəklər.



Seçki Məcəlləsinə görə, 60-dan artıq namizədi olan partiya və ya seçki blokuna dövlətə məxsus kütləvi informasiya vasitələrində pulsuz efir və elan yerləşdirmək hüququ verilir.