Seçki marafonunda "folt start"

Səs: Real audio
Səid Nuriyev dövlət çevrilişi etmək və silahlı dəstələr hazırlamaq üçün təlimatlar almaqda şübhəli bilinir Bu "Seçki Qatarı"nda:



- Qanuni vaxtdan tez başlanan təşviqat-təbliğat problemini araşdıracaq;



- Azərbaycanın ən şimal rayonunun seçkiqabağı durumunu öyrənəcəyik.



SEÇKİ MARAFONUNDA "FOLT START"



«Azadlıq» blokunun 74 saylı Lənkəran kənd dairəsi üzrə vahid namizədi Yadigar Sadıqoğlu deyir ki, Lənkəranda Yeni Azərbaycan partiyasının namizədi Hadı Rəcəblinin xeyrinə təşviqat kampaniyası qanunla nəzərdə tutulan vaxtdan – sentyabrın 7-dən əvvəl başlayıb.



Seçkilərin monitorinqini aparan Demokratik Seçkilərə Yardım Mərkəzinin sədri Əli Quliyevin fikrincə də, seçkilərin 1-ci mərhələsində bəzi namizədlər qanunu pozublar və vaxtından əvvəl təşviqata başlayıblar.



Mərkəzi Seçki Komissiyasının [MSK] katibi Natiq Məmmədov qeydiyyatdan keçmiş namizədin vaxtından əvvəl təşviqata başlamasının ciddi qanun pozuntusu olduğunu deyir. Onun sözlərinə görə, namizədlərin fəaliyyətinə dairə seçki komissiyaları nəzarət etməlidir.



74 saylı Lənkəran kənd seçki dairəsindən namizəd Hadı Rəcəbli isə deyir ki, onun vaxtından əvvəl seçkiqabağı kampaniyaya başlamağa ehtiyacı yoxdur, çünki Lənkəranda tərəfdarları kifayət qədərdir. Onun sözlərinə görə, rəqibləri onunla açıq mübarizəyə girməyə çəkindiklərindən doğru olmayan məlumat yayırlar.



Qanuna görə, hətta təşviqatı namizədin tərəfdarları ondan xəbərsiz aparsalar da, buna görə məsuliyyəti həmin namizəd özü daşıyır.



MSK-nın katibi Natiq Məmmədovun sözlərinə görə, həmin dairədən olan digər namizədlərə belə faktlar məlumdursa, məhkəməyə müraciət etsinlər.



4-cü parlamentdə təmsil olunmaq üçün 2237 nəfər imza vərəqəsi götürmüşdü. Son məlumata görə, onların təqribən 97 faizi – 2058 nəfər qeydiyyatdan keçib. Qanunla təşviqat kampaniyası sentyabrın 7-si, cümə axşamı səhər tezdən başlayıb. Kampaniya noyabrın 5-də, axşam saat 6-da dayandırılmalıdır.



XAÇMAZDA BƏZİ DİNDARLAR ARTIQ SEÇİMLƏRİNİ EDİBLƏR



Xaçmaz Azərbaycanın çoxmillətli şimal rayonlarındandır. Burda 22 millət və etnik azlığın nümayəndəsi yaşayır. Rayon iqtisadiyyatını tərəvəzçilik, taxılçılıq və meyvəçilik təşkil edir. İndi havaların əlverişsiz keçməsinə baxmayaraq, rayon əhalisi məhsul yığımını davam etdirir.



Rayon sakinləri arasında builki parlament seçkisinə güvənənlər də var, güvənməyənlər də. Onlardan bəziləri seçkidə iştirak edəcəyini desə də, bəziləri bunu faydasız hesab edir.



Rayon dindarlarının isə seçkilərlə bağlı fikirləri müxtəlifdir. Onların bəziləri Allahı tanımaqla artıq öz seçimlərini etdiklərini söyləyirlər. Kəndlilərlə də, deputatlığa namizədlərlə də söhbətlərimizdən bir şey aydın oldu ki, hamı azad və ədalətli seçkilər əsasında formalaşdırılan parlament görmək istəyir.



Daha ətraflı Audio hissədə