Səs: Real audio
Bankın hesabatında 12 qabaqcıl islahatçı ölkə sırasında Gürcüstan ikinci yeri tutur Dünyada iki "Gallup" təşkilatı varmış
May ayında Azərbaycanın hakimiyyətyönümlü mediası məlumat yaydı ki, məşhur "Gallup" sorğu mərkəzinin Cənubi Qafqaz dövlətlərində keçirdiyi sorğuya görə, Azərbaycanda İlham Əliyevin populyarlığı 77 faizdir. Bu da regionda ən yüksək göstəricidir. Ancaq məlumatda o da deyilirdi ki, Azərbaycanda əhalinin 13 faizi inqilab gözləyir. Hərçənd əlavə olunurdu ki, bu, regionda ən aşağı göztəricidir. İndi isə müstəqil və müxalifətə yaxın media "Gallup"a istinadla məlumat yayırlar ki, belə sorğu keçirilməyib.
Hansı tərəf səhv deyir? Və ya ola bilərmi ki, hər iki tərəf düz deyir? Məsələ burasındadır ki, dünyada iki "Gallup" təşkilatı var və onlar "Gallup" adı uğrunda mübarizə aparırlar. Bunlardan birincisi Amerikadakı "Gallup Organisation", ikincisi isə İsveçrədəki "Gallup International"dır. Onların hər ikisini vaxtilə Corc Qellapın [George Gallup] özü yaradıb.
Müxbirimiz Arifə Kazımova Amerikanın məşhur "Gallup Organisation" təşkilatının "Gallup"ın adından istifadə üzrə meneceri Kristofer Stüartla söhbət edib və rəy sorğuları ilə bağlı bir sıra məqamları soruşub.
- Bu il "Gallup" Azərbaycanda, yaxud Cənubi Qafqaz respublikalarından hansısa birində sorğu keçiribmi?
- Biz bu il nə Azərbaycanda, nə də Ermənistanda heç bir iş görməmişik. Biz fevral ayında Gürcüstanda bəzi işlər görmüşük. Biz orada hökumətin təklif etdiyi xidmətlərə əhalinin münasibətini öyrənirdik.
- "Gallup"ın keçirdiyi iddia edilən sorğu barədə məlumat may ayında yayılıb. O vaxtdan bir neçə ay keçib. Bu müddət ərzində "Gallup"a Azərbaycandan bununla bağlı müraciət olub, yoxsa təşkilat özü məsələyə aydınlıq gətirmək qərarına gəlib?
- Biz bu yaxınlarda bir sıra media orqanlarından müraciət almışıq. Bu müraciətlərdən sonra biz qərara gəldik ki, Azərbaycanda heç bir sorğu keçirmədiyimizi bildirək. "Gallup"ın adı, ona olan inam bizim üçün çox mühümdür. Sonda biz bəyanat yayıb azərbaycanlılara bildirdik ki, biz sorğu keçirməmişik.
- Amma həmin sorğu barədə məlumat MDB, Türkiyə mediasında yayılmışdı. Sizin bu barədə məlumatınız olmayıb?
- Biz bu saxta sorğu barədə bir media orqanından xəbər tutduq. Təəssüf ki, biz heç də bütün media təşkilatlarının, mediada gedən bütün məlumatları izləyə bilmirik. Biz bacardığımlız qədər, rus dilini bilən həmkarlarımızın köməyi ilə bəzi məlumatlara sonradan baxırıq.
- Ümumiyyətlə, "Gallup"ın Azərbaycanda parlament seçkiləri vaxtı "ekzit pol" keçirmək planı olubmu?
- Xeyr, belə bir planımız olmayıb. Ancaq bizə ən azı 5 media və işgüzar təşkilatdan belə müraciət gəlib. Xahiş olunub ki, seçkiöncəsi sorğu və seçki günü "ekzit pol" keçirək, seçicilərin kimə səs verdiyini öyrənək. Ancaq biz düşündük ki, bu, bizim marağımıza daxil deyil. Biz sorğu işinə çox ciddi yanaşırıq. Seçkiöncəsi yaxşı sorğu və düzgün "ekzit pol" keçirmək üçün biz bazarı öyrənməli, əvvəlcə xeyli statistikanı araşdırıb müqayisə etməliyik. Biz düşündük ki, sorğu keçirib düzgün proqnoz verməmək biz tərəfdən müdrik addım sayıla bilməz.
- Bir neçə Amerika şirkəti artıq Azərbaycanda "ekzit pol" keçirəcəyini bəyan edib. Siz Azərbaycanda "ekzit pol" üçün şəraiti necə qiymətləndirirsiz?
- Mən Amerikadakı son seçkiləri misal gətirərdim. O vaxt "ekzit pol"un nəticələri düz çıxmadı. "Ekzit pol" keçirmək çox çətin işdir. Biz Amerikada "ekzit pol" keçirmirik. Hərdənbir, əgər bazarın tələbi varsa, biz bir az bu işlə məşğul ola bilərik. "Ekzit pol"un metodologiyası çətindir.