MDB-nin Müşahidə Missiyasına Vladimir Ruşaylo rəhbərlik edəcək

Səs: Real audio
Onlar «Azadlıq» seçki blokunun təşkil etdiyi konfransa qatılacaqlar MDB-nin icraçı katibi Vladimir Ruşaylo noyabrdakı parlament seçkisini izləyəcək Müşahidə Missiyasına rəhbərlik edəcək. Missiya öz işinə oktyabrın 3-ü və ya 4-də başlayacaq.



Bu haqda İTAR-TASS Agentliyinə MDB icra komitəsi sədrinin müavini Hasan Kojakov bildirib. Müşahidə Missiyası seçki təşviqatının gedişatını və kütləvi informasiya vasitələrinin monitorinqini aparacaq.



Politoloq Rasim Musabəyov bildirir ki, MDB –nin belə bir missiya göndərməsinin səbəbi Avropa Şurası və ATƏT-in anoloji addım atması ilə bağlıdır.