Səs: Real audio
Bakıda «İslam ümmətinin həmrəyliyi» mövzusunda iki günluk konfrans işinə başlayıb Sentyabrın 20-də Bakıda «İslam ümmətinin həmrəyliyi» mövzusunda iki günluk konfrans işinə başladı. Tədbirin təşkilatçıları İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsidir.
Konfrans başlamamışdan bir neçə gün əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİÜDK) tədbirin keçirilməsiylə bağlı İran səfirliyinin mətbuatda dərc etdirdiyi elanı Azərbaycanda islam dövləti yaratmaq cəhdi kimi qiymətləndirmişdi. Qurumun sədr müavini Elçin Əsgərov: «Mətbuatda dərc edilən elanda bildirilirdi ki, ümumbəşəri islam dövləti yaradılmasının vaxtı çatıb. Bu, dövlətçiliyə uyğun deyil».
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə isə bildirir ki, həmin elan idarəylə razılaşmadan dərc olunub. «Bu, mənə də təsir etdi. Səfirliyin Mədəniyyət Mərkəzinə etiraz etdim. Dedilər ki, bu, texniki işçinin səhvi olub, buna görə o cəzalandırılıb. Konfransın məramında belə şey yoxdur. Bu, dini tədbirdir, heç bir siyasi əhəmiyyət kəsb etmir. Belə çıxışı təxribat sayıram» - deyə, o vurğuladı.
Azərbaycanda dini ekstremizm təhlükəsinin olub-olmaması haqqında suala isə cənab Paşazadə belə cavab verdi: «O dərəcədə deyil, ancaq demək olmaz ki, yoxdur. Biz buna qarşı mübarizə aparırıq».
DQİÜDK - nin sədr müavini Elçin Əsgərov isə deyir ki, Azərbaycanda mövcud olan dini cərəyanlar arasında xaricdən ideya alan bəzi ekstremist qruplar var: «Ancaq hesab etmirəm ki, onlar böyük təhlükə yarada bilərlər».