Xarici işlər nazirləri "Pora" fəalının məsələsini müzakirə ediblər

Səs: Real audio
Tahir Tağızadə: "Məsələ qapanıb" Sentyabrın 16-da Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ukrayna xarici işlər naziri Serqey Tarasyuk "Pora"-nın funksioneri – Serqey Yevtuşenkonun Azərbaycandan deportasiya edilməsi məsələsini müzakirə ediblər.



Azərbaycan Xarici İşlər Nazirliyi [XİN] mətbuat xidmətinin rəhbəri Tahir Tağızadə deyir ki, Elmar Məmmədyarov ukraynalı həmkarına Azərbaycan tərəfinin deportasiya ilə bağlı arqumentlərini çatdırıb və məsələ bununla qapanıb.



Bu günlərdə isə XİN Ukraynanın Azərbaycandakı səfirliyinin bir neçə gün öncə göndərdiyi diplomatik notaya cavab vərəcək.