Gənclərə narkotiklərin zərərindən danışacaqlar

Səs: Real audio
Avropa Şurası Monitorinq Qrupunun hesabatında belə deyilir Yeniyetmələr və gənclər arasında narkomanlığın profilaktikası sahəsində maarifləndirmə aparmaq məqsədilə bir neçə rayonda seminarlar keçiriləcək.



Seminarları Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası Gənclər, İdman və Turizm Nazirliyi ilə birgə təşkil edir. Nazirliyin sektor müdiri Əli Məmmədov əsas istiqamətin gəncləri bu yoldan çəkindirmək olduğunu deyir:



"Seminarları keçirməkdə əsas məqsəd nəzarəti gücləndirmək, reydlər aparmaq, gənclərə mütəmadi aşılamaq ki, narkomanlıq onların nəinki fiziki sağlamlığına, eyni zamanda mənəviyyatına, cəmiyyətdə fəal mövqe tutmasına, bir şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərən amildir".



Əli Məmmədovun sözlərinə görə, seminarlar sentyabrın 27-də Əli Bayramlıda, 30-da Kürdəmirdə, oktyabrın 4-də isə Şəkidə keçiriləcək. Seminarlarda təşkilatçıların nümayəndələri ilə yanaşı Anti-Narkotik Beynəlxalq Araşdırma Mərkəzinin də işçiləri iştirak edəcək.