Səs: Real audio
O, məhkəmənin haqqında çıxardığı həbs qəti-imkan tədbirinə tabe olmaq fikirində olmadığını deyir ABŞ-da mühacirətdə olan ADP sədri, eks-spiker Rəsul Quliyev oktyabrın 15-dən sonra Azərbaycana gəlməyi planlaşdırır. O, bu barədə sentyabrın 28-də Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi telekonfransda bildirdi. Azərbaycana dönüşü ilə bağlı yaradılmış komitənin ciddi iş apardığını deyən cənab Quliyev qərarında qəti olduğunu söylədi.
ADP sədri məhkəmənin haqqında çıxardığı həbs qəti-imkan tədbirinə tabe olmaq fikrində olmadığını deyir. Eks-spikerin sözlərinə görə, onun həbsi Azərbaycanda qeyri-stabilliyə səbəb ola bilər.
Bir müddət əvvəl Daxili İşlər naziri Ramil Usubov bildirmişdi ki, Rəsul Quliyev Azərbaycana gələn kimi həbs ediləcək.
36 saylı Xətai seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan eks-spikerin toxunulmazlıq hüququ ləğv edilib.