Deputatlığa namizədləri döyənlər tapılmayıblar

Səs: Real audio
O, məhkəmənin haqqında çıxardığı həbs qəti-imkan tədbirinə tabe olmaq fikirində olmadığını deyir Sentyabrın 27-də bir qrup şəxs tərəfindən döyülən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə deputatlığa namizəd, AXCP üzvü Sahib Hüseynov müalicəsini ev şəraitində davam etdirir.



Deputatlığa namizədə hücum edənlər hələ də tapılmayıb.



Öz evində tanımadığı şəxsin hücumuna məruz qalan 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputatlığa namizəd Gülnarə Əlibəyova da ona xəsarət yetirən şəxsin tapılmadığını deyir. Onun sözlərinə görə, özünü telefon ustası kimi təqdim edən şəxs evə girəndən sonra küt alətlə başına zərbə endirib. Bundan sonra nə baş verdiyindən xəbərsiz olduğunu deyən deputatlığa namizəd ayılanda özünü polis və qohumlarının əhatəsində görüb.



Gülnarə Əlibəyovanın sözlərinə görə, həkimlər onun qapalı kələ-beyin zədəsi aldığını bildiriblər.