Dağlıq Qarabağda şahmat turniri keçirilir

Səs: Real audio
Buna Ramazan ayının başlamasının səbəb olduğu bildirilir - Bədii gimnastika üzrə 27-ci dünya çempionatı davam edir. Yarışda 47 ölkədən 150-ə yaxın gimnast fərdi proqramda və 21 komanda qrup hərəkətləri üzrə mükafatlar uğrunda mübarizə aparır.



- Dağlıq Qarabağda oktyabrın 1-dən başlayan şahmat yarışları ilə bağlı Azərbaycan Şahmat Federasiyası hələ fevral ayında bəyanat yayıb və bu barədə Beynəlxalq Şahmat Federasiyasına [FIDE] müraciət edib.



Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov deyir ki, bundan başqa, müxtəlif ölkələrin şahmat federasiyalarına öz idmançılarını bu yarışlardan çəkindirmək barədə xəbərdarlıq məktubları göndəriblər.



"Ermənistan Şahmat Federasiyasının Dağlıq Qarabağda təşkil etdiyi şahmat turniri beynəlxalq statusa malik deyil".



FIDE prezidenti Kirsan İlyumjinovun Gənclər, İdman və Turizm Nazirliyinin müraciətinə oktyabrın 3-də verdiyi rəsmi cavabında belə deyilir.



- Azərbaycan Futbol Federasiyaları Assosiasiyası [AFFA] mətbuat xidmətindən verilən məlumata görə, Hakimlər Komitəsinin oktyabrın 3-də çıxardığı qərara əsasən, "Neftçi"-"Gəncə" oyununun ehtiyat hakimi Ceyhun Haşımov 5 oyundan kənarda qalacaq. AFFA-nın yaydığı məlumatda qeyd edilir ki, o, hakimləri haqsız tənqid edən "Neftçi" komandasının vitse-prezidenti Ramin Musayevi sakitləşdirərkən onun təhqiredici ifadələrinə eyni səviyyədə cavab verib.



MOİK –"Bakı" oyununda səhlənkarlıq edərək protokolda soyadı olmayan oyunçunu meydana buraxdığına görə oyunun ehtiyat hakimi Elvin Muradov da 3 oyundan kənarda qalacaq.