Dollar tədricən özünə gəlir

Səs: Real audio
Gədəbəy rayon Polis Şöbəsinin Yeni Saratovka bölməsinin rəisi Zakir Allahverdiyev müşahidəçiləri və jurnalistləri saxlamadıqlarını deyir - Son bir ildə Azərbaycan və Rumıniya arasındakı mal dövriyyəsi 3 dəfə artıb.



Bunu Bakıda keçirilən Rumıniya-Azərbaycan iqtisadi forumunda iqtisadi inkişaf naziri Fərhad Əliyev bildirib. Forumda iştirak edən Rumıniya və Azərbaycan şirkətləri neft, nəqliyyat, tikinti, toxuculuq, mebel istehsalı və başqa sahələri təmsil edirlər. Fərhad Əliyev iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar olduğunu deyib.



- Milli Bankın valyuta ehtiyatları isə tarixində ilk dəfə olaraq 1 milyard dolları keçib və oktyabrın 1-ə olan vəziyyətə görə, 1 milyard 25 milyon dollar təşkil edir.



- Sentyabr ayında manata nisbətən məzənnəsi kəskin enəndən sonra dollar yavaş-yavaş özünə gəlir. Oktyabrın 6-a olan məlumata görə, Milli Bankda 1 dollar 4 594, 1 avro 5 534, 1 rubl isə 160 manatdır.



Beynəlxalq Valyuta Fondu isə Azərbaycan hökumətinə tövsiyə edib ki, manatın real mübadilə kursunun müəyyənləşdirilməsi üçün balanslı siyasət yürütsün.



Fondun Yaxın Şərq və Orta Asiya Departamentinin direktor müavini Culian Berenqaut deyib ki, Azərbaycan hökuməti valyuta mübadiləsi məzənnələrindəki dəyişikliklərlə bunun inflyasiyanın səviyyəsinə təsiri arasında balans yaratmalıdır. Onun sözlərinə görə, neft gəlirlərinin ölkəyə axını valyutanın həcmini artırır və bu, valyuta mübadiləsi məzənnələrinə təsir edir.