«Sərhədsiz Reportyorlar» jurnalistlərə qarşı zorakılığı pisləyir

Səs: Real audio
«Azad Avropa/Azadlıq» radiosunun prezidenti həm hökumət, həm də müxalifətin mediada qarayaxmayla məşğul olduğunu deyir «Sərhədsiz Reportyorlar» Beynəlxalq Mətbuat Azadlığını Müdafiə Təşkilatı oktyabrın 9-da «Azadlıq» seçki blokunun keçirdiyi icazəsiz yürüş-mitinqdə 14 nəfər jurnalistin polis zorakılığına məruz qalmasına etiraz edən bəyanat yayıb. Sənəddə bildirilir ki, jurnalistlərə qarşı dəyənəklərdən istifadə olunub. «Ayna-Zerkalo» qəzetinin əməkdaşı İdrak Abbasovun və «Boz Qurd» qəzetinin redaktoru Ramiz Nəcəflinin döyülməsi misal göstərilir.



Bəyanat müəllifləri bu ilin aprelin 8-də «Sərhədsiz Reportyorlar»ın rəhbəri ilə görüşündə prezident İlham Əliyevin dövlət məmurlarının jurnalistlərə hücumlarının qarşısını alacağını vəd etməsini də xatırladır.