Səs: Real audio
«Yeni Sabah» təşkilatının rəhbəri Tahir Abdullayev: «1995-ci ilin mart hadisələrində eks-spiker birbaşa günahkardır» «Yeni Sabah» təşkilatında birləşmiş bir qrup keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvü bəyan edir ki, eks-spiker, ADP sədri Rəsul Quliyev onlardan üzr istəməlidir: «Əks təqdirdə heç kim onun təhlükəsizliyinə təminat verə bilməyəcək».
Təşkilatın rəhbəri Tahir Abdullayev oktyabrın 12-də keçirdiyi mətbuat konfransında bildirdi ki, 1995-ci ilin mart hadisələrində eks-spiker birbaşa günahkardır. Cənab Abdullayev əlavə edir ki, R.Quliyev Azərbaycana qayıdan vaxt baş verə biləcək qarşıdurmaya görə öz məsuliyyətlərini başa düşürlər.
Söylənənləri «cəfəngiyyat» adlandıran ADP sədrinin müavini Sərdar Cəlaloğlu isə deyir ki, 1995-ci ildə ölkəni Rəsul Quliyev yox, Heydər Əliyev idarə edirdi: «Sabiq XTPD-çilər haqq-hesab çəkmək isəyirlərsə, bu işə görə daha çox məsuliyyət daşıyan Daxili İşlər naziri Ramil Usubovun üzr istəməsini tələb etsinlər».
XTPD-çilər isə bunun üçün cənab Usubovun istefaya gedəcəyi günü gözlədiklərini söyləyirlər.