Səs: Real audio
Rayonun eyniadlı qəsəbəsinin bir qrup sakini qaz, işıq, su və yol problemləri həll olunmayacağı təqdirdə parlament seçkisinə qatılmayacaqlarını deyirlər Jurnalist Elçin Abdullayev (Səlcuq) 15 sutka müddətinə azadlıqdan məhrum edilib. O, İnzibati Xətalar Məcəlləsinin 310.1 maddəsilə, yəni polisə tabe olmamaqda təqsirli bilinib.
Jurnalistin vəkili Afət Qazıyeva bu işdə sübutun olmadığını deyir.
Elçin Səlcuq və digər iki nəfər oktyabrın 11-də axşam 3 saylı mətbəədən «Bizim Soy» qəzetinin xüsusi buraxılışını götürərkən polis tərəfindən saxlanıb. Həmin buraxılışda 124 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd Rövnəq Abdullayev kürd terrorçularını maliyyələşdirməkdə ittiham olunur.
Elçin Səlcuqla birlikdə saxlanmış digər iki nəfər də 13 və 15 sutka müddətinə azadlıqdan məhrum ediliblər.