Naxçıvan Ali Məclisinə seçkilərdə 146 namizəd mübarizə aparır

Səs: Real audio
«Nə vaxt ölkə başçısı belə bir sərəncam versə, siz də yayarsınız» Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinə seçkilərdə 45 seçki dairəsində 146 nəfər deputat mandatı uğrunda mübarizə aparır.



Xəbəri NMR Mərkəzi Seçki Komissiyasının Mətbuat Xidmətindən «AzərTAc» Agentliyinə bildiriblər.



Deputatlığa namizədlərin 65-i Yeni Azərbaycan, 15-i Xalq Cəbhəsi, 13-ü Demokrat, 16-ı Müsavat partiyalarını təmsil edir. Qalan 37 namizəd isə bitərəfdir.