Seçici vəsiqələri ləğv oluna bilər

Səs: Real audio
Noyabrın 1-də isə sabiq nazirlərin hüquqlarını müdafiə təşkilatı yaradılacaq Seçici vəsiqələri ləğv oluna bilər. Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin direktoru İqbal Babayev deyir ki, hazırda qurumda vəsiqələrin ləğvi ilə bağlı məsələ müzakirə olunur.



Cənab Babayev hesab edir ki, seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsiylə bağlı qərar seçki vəsiqələrinə ehtiyacı aradan qaldırır: «Biri varsa, o biri nəyə lazımdır».



«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, həm seçici vəsiqələri, həm də barmaqların mürəkkəblənməsi seçkinin demokratikliyini təmin edən amillərdir: «Bunlardan biri yoxdursa, deməli, seçkinin demokratik keçiriləcəyinə də şübhələr artacaq». O, hesab edir ki, seçici vəsiqəsinin olmaması barmaqların mürəkkəblənməsiylə bağlı qərarı da əhəmiyyətsiz edir.