Səs: Real audio
"Güc strukturları siyasi partiya bloklarının və deputatlığa namizədlərin müəyyən olunmuş yerlərdə keçirdikləri tədbirlər və seçkiqabağı təşviqat zamanı qanun pozuntuları və təxribatlara yol verməyib" «Bakı-Xəbər» qəzetindəki «ABŞ Azərbaycanda demokratik inqilabı dəstəkləyəcək» başlıqlı məqalədə Elşən Xəyal yazır ki, ekspertlərin fikrincə, Azərbaycan Vaşinqtonla hərbi əməkdaşlıqdan imtina etsə, ABŞ demokratik inqilabı dəstəkləyəcək. Məqalədə bildirilir ki, hakimiyyətin son zamanlar hərbi sahədə anti-qərb qüvvələrinə meyllənməsi müşahidə olunur.
Buna misal kimi, ilin əvvəlində rəsmi Tehranla Bakı arasında hərbi əməkdaşlığa dair memorandumun imzalanmasını göstərmək olar. Bu sənəddə hər ki ölkənin ərazisindən üçüncü bir qüvvənin tərəflərin hər hansı birinə qarşı istifadə etməsi qəti olaraq qadağan edilir. Müəllif vurğulayır ki, ABŞ Azərbaycanla hərbi əməkdaşlığa səy göstərdiyi halda, rəsmi Bakının İran və Rusiyaya meyllənməsi Birləşmiş Ştatları ciddi narahat edir.
«Ayna» qəzetindəki «Hakimiyyətdaxili münaqişə davam edəcək» başlıqlı məqalədə İdrak Abbasov yazır ki, növbəti iki ildə prezident İlham Əliyevin hakimiyyətinin möhkəmlənməsi ilə yanaşı bir çox problemlər də ortaya çıxacaq. Məqalədə bildirilir ki, öz komandası daxilindən prezidentə qarşı çıxanların sayı çoxalsa, bu müvəqqəti möhkəmlənmənin də ömrü uzun olmayacaq.
Müəllif hökumət dairələrindəki etibarlı mənbələrinə istinadən yazır ki, bir qrup məmurun «vurulması» əməliyyatından sonra hakimiyyət iddiasında olan başqa bir qruplaşma seçkinin demokratik keçirilməsinə mane olmağın yollarını arayır.