Ermənistan vətəndaşı təhvil verilib

Səs: Real audio
İTV-nin direktoru bununla razılaşmır Azərbaycanda saxlanan bir Ermənistan vətəndaşı oktyabrın 2-də Qazax rayonu ərazisindəki təmas xəttində Beynəlxalq Qırmızı Xaç (BQX) Təşkilatının vasitəçiliyi ilə qonşu ölkəyə təhvil verilib. Məlumatı BQX-nin Bakı Ofisinin mətbuat katibi Gülnaz Quliyeva verdi. O, təşkilatın mandatına uyğun olmadığı üçün Ermənistan vətəndaşının indiyə qədər saxlandığı yer və tutulma şəraitilə bağlı məlumat vermədi.



Xanım Quliyeva BQX-nin indiyə qədər xeyli belə əməliyyata vasitəçilik etdiyini bildirdi.