Beş obyektin özəlləşdirilməsi ləğv edilib

Səs: Real audio
Müsəlmanlar fitrə verməli, yəni imkansızlara yardım etməlidirlər - Dövlət Əmlakının İdarəedilməsi və Özəlləşdirilməsi Departamentinin Ləğvetmə Komissiyası beş obyektin özəlləşdirilməsinin nəticələrini ləğv edib.



Bu obyektlər "1995-98-ci illər üçün dövlət əmlakının özəlləşdirilməsi Dövlət Proqramı" çərçivəsində satılıb. Lakin bildirildiyinə görə, yeni sahibkarlar onların dəyərini tam ödəmədiyindən departament özəlləşdirmənin ləğvinə dair iddia ilə çıxış edib. Məhkəmə də bu iddiaları təmin edib.



Söhbət üç yanacaqdoldurma məntəqəsi, ölkə regionlarında bir xidmət obyekti və Bakıda Təcrübə-Sınaq Zavodundan gedir.



- Gələn il yanvarın 1-dən səhiyyə işçilərinin əmək haqqının artırılmasına dövlət büdcəsindən təxminən 22 milyon dollar ayrılacaq. Bu barədə Maliyyə Nazirliyindən məlumat veriblər. Bu artım 132 min səhiyyə işçisinə aid olacaq. Bunun nəticəsində səhiyyə sahəsində orta aylıq əmək haqqı 235 min manatdan 305 min manata qədər qalxacaq.



- Noyabrın 2-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 596, 1 avro 5 533, 1 rubl isə 160 manatdır.