TQDK işə qəbulla bağlı müsabiqə elan edir

Səs: Real audio
Pənah Hüseyn deyir ki, noyabrın 4-ü Ramazan byaramı olduğundan müxalifət qarşıdurma yaratmaq istəmir Tələbə Qəbulu üzrə Dövlət Komissiyası [TQDK] işə qəbulla bağlı müsabiqə elan edib. Komissiyanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hikmət Kazımov deyir ki, kompüterdə ofis proqramları ilə işləməyi və xarici dil bilən ali savadlı hər bir kəs müsabiqədə iştirak edə bilər:



"Müsabiqədə ali təhsilli, xarici dil bilən və kompüterdə ofis proqramları ilə işləmək səriştəsi olan hər bir vətəndaş iştirak edə bilər".



Müsabiqə bir neçə istiqamətlər üzrə aparılır.



"Müsabiqə testlərin tərtibi metodikası, informasiya texnologiyaları, imtahanların təşkili və idarəedilməsi, ictimaiyyətlə əlaqələr və mühasibatlıq istiqamətləri üzrə aparılır".



Hikmət Kazımovun sözlərinə görə, müsabiqə iki mərhələdən – test imtahanı və müsahibədən ibarətdir. Test imtahanı zamanı iştirakçının dövlət qulluğuna yararlılığı, ümumi dünyagörüşü və məntiqi nəticə çıxarmaq qabiliyyəti yoxlanılacaq. Birinci mərhələdən keçən iştirakçıya müsahibədə seçdiyi istiqamətə uyğun suallar veriləcək.



Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini noyabrın 30-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verməlidir.