Məktəblərə pulsuz texniki məsləhət

Səs: Real audio
Azərbaycanın dövlət başçısı Rəsul Quliyevin Ukraynada saxlanıldıqdan sonra azadlığa buraxılmasının iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət etmədiyini deyib Kompüter avadanlıqları ilə təmin olunan məktəblər informasiya- kommunikasiya texnologiyaları sahəsində pulsuz məsləhət ala bilərlər. Bu xidməti Açıq Cəmiyyət İnstitutu "Aznet" lahiyəsi çərcivəsində göstərir.



Layihənin koordinatoru Emin Axundov deyir ki, əsas məqsəd texniki problemləri həll etməkdə məktəblərə kömək göstərməkdir:



"Kompüterlər verilən məktəblərdə biz kompüterlərin proqram təminatının qurulması, onun effektiv işlənməsi üçün müəyyən təlimlərin hazırlanmasını nəzərdə tuturuq. Bütün bu məsləhətlər və xidmətlər pulsuz görülür".



Emin Axundov texniki problemlərin həlli sahəsində onlayn materiallar və kitabçalar da hazırladıqlarını deyir. Təhsil Nazirliyi ilə qarşılıqlı məsləhətləşmələr əsasında məktəblər İnternetlə də təmin olunurlar.



Layihənin xidmətlərindən yararlanmaq istəyən məktəblər ərizə formasını erider@aznet.org elektron ünvanına göndərməlidirlər.