«Sərhədsiz Reportyorlar» jurnalistlərin təhlükəsizliyinin təmin olunmasını istəyir<p align=`left`><br><br>

Səs: Real audio
"Jurnalistlərin tez-tez maneələrlə üzləşmələri belə təəssürat yaradır ki, Azərbaycanda söz azadlığı təmin edilməyib" «Sərhədsiz Reportyorlar» Beynəlxalq Mətbuat Azadlığını Müdafiə Təşkilatı Azərbaycan prezidenti İlham Əliyevi yerli və əcnəbi jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırıb.



Təşkilatın baş katibi Rober Menarın yazdığı məktubda deyilir ki, 2005-ci ilin əvvəlindən Azərbaycanda jurnalistlərin fəaliyyətinə çoxlu maneələr törədilib.



«Sərhədsiz Reportyorlar» seçki ərəfəsində ölkədə mətbuat azadlığı sahəsindəki vəziyyətdən dərin narahatlıq keçirdiyini bildirir: "Jurnalistlərin tez-tez maneələrlə üzləşmələri belə təəssürat yaradır ki, Azərbaycanda söz azadlığı təmin edilməyib".



«Sərhədsiz Reportyorlar» Azərbaycan prezidentini azad və şəffaf seçkilər keçirilməsi məqsədi ilə əlverişli mühitin yaradılması və jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməyə çağırır.