Səs: Real audio
«Səsvermənin sakit keçməsinə baxmayaraq, seçki prosesi səslərin sayılması və xüsusilə hesablanması zamanı getdikcə pisləşib» Seçki Monitorinq Mərkəzi (SMM) parlament seçkisinin nəticələrini şübhə altına alır. 124 dairədə müşahidə aparan qurumun icraçı direktoru Anar Məmmədli noyabrın 7-də keçirdiyi mətbuat konfransında bildirdi ki, qanun pozuntuları günortadan sonra kütləvi hal alıb: «Naxçıvanda müşahidəçilərimizin 99 fazi saat 6-dan sonra məntəqələrdən uzaqlaşdırılıb. Nümayəndələrimizə təzyiqlər olub, bəzi hallarda isə onlar döyülüblər».
Qanun pozuntularıyla bağlı mərkəz MSK-ya müraciət edib.
Seçki Monitorinq Mərkəzi 14 Qeyri-Hökumət Təşkilatını birləşdirən koalisiyadır.
Fövqəladə Seçki Komitəsi adlı qurumun rəhbəri Mətləb Mütəllimli isə seçkinin kobud qanun pozuntuları ilə yadda qaldığını bildirib.
Sülh və Demokratiya İnstitutu, «Vətəndaş Cəmiyyəti Naminə» Mərkəz, «Azad və Ədalətli Seçkilər Uğrunda» QHT-lərin koalisiyası da seçkinin azad və ədalətli keçirilmədiyini deyir.