İki icra başçısı seçkilərə görə vəzifədən azad edildi

Səs: Real audio
Mitinqçilər tez-tez «Çadırlar meydana!» şüarları səsləndirirdilər Prezident İlham Əliyevin noyabrın 9-da imzaladığı sərəncamla Suraxanı və Sabirabad Rayon İcra Hakimiyyətlərinin başçıları Natiq Tağı oğlu Mehdiyev və Əşrəf İsrafil oğlu Məmmədov tutduqları vəzifədən azad ediliblər. Onlar “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” 2005-ci il 11 may tarixli və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 2005-ci il 25 oktyabr tarixli sərəncamların müddəalarının yerinə yetirilməməsinə və noyabrın 6-da Milli Məclisə keçirilən seçkilər zamanı səslərin hesablanması prosesinə müdaxilə etdiklərinə görə vəzifələrindən azad ediliblər.