<i>«Ayna»</i>: «Demokratik dəyənək»

Səs: Real audio
Mitinqçilər tez-tez «Çadırlar meydana!» şüarları səsləndirirdilər «Ayna» qəzetindəki «Demokratik dəyənək» başlıqlı məqalədə Müşfiq Həqq yazır ki, iqtidarı özünə gətirmək üçün ATƏT-in tənqidi bəyanatı və müxalifətin 9 noyabr mitinqi kifayət etmişə bənzəyir. Müəllif yazır ki, artıq bir neçə dairədə müxalifətə güzəştə gedilməyə başlanılıb. İqtidarın təyin etdiyi icra başçıları və Dairə Seçki Komissiyaları sədrlərini cəzalandırmaları da buna bir sübutdur. Güman edilir ki, ABŞ və Qərbin pərdəarxası dəstəyi ilə iqtidara mitinq təzyiqi parlamentdə «demokratik dəyənəyin» - təqribən 30-a yaxın müxalifətçinin təmsil olunması ilə nəticələnəcək. Bu qədər nümayəndənin parlamentdə təmsil olunması ilə müxalifətin daha ciddi rəqibə çevrilməsi İlham Əliyev üzərində «Domokl qılıncı»nın asılması deməkdir.



«Üç nöqtə» qəzetindəki «Kredit qoyuluşu 25,8 faiz artıb» başlıqlı məqalədə Rəşad Sadıqov yazır ki, Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı nəzərə çarpacaq dərəcədə artıb. Məqalədə bildirilir ki, cari ilin ötən 9 ayında Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 6225,7 milyard manat təşkil edib. Bu ilin əvvəllərinə nisbətən bu göstərici 25,8 faiz, 2004-cü il oktyabr ayına nisbətən isə 42,5 faiz çoxdur. Müəllif yazır ki, Milli Bankın məlumatına görə, kredit qoyuluşlarının 316 milyard manatı və ya 5,08 faizi vaxtı keçmiş kreditlərin payına düşüb.